Hibrid necə işləyir?

Hibrid sistem həm benzin, həm də elektrik mühərriki arasında qarşılıqlı əlaqəni avtomatik idarə edir. Bu səbəbdən hibrid avtomobillərin istifadəsi çox sadədir. Standart olaraq avtomatik sürət qutusuna sahib olduğu üçün sürüş asanlığını və digər ənənəvi mühərrikli maşınlarla müqayisədə daha səssiz və qüsursuz sürüşü təmin edir.

Başlanğıc

Avtomobil hərəkətə başladıqda və ya yavaş sürətdə hərəkət edərkən elektrik mühərrikini istifadə edir. Elektrik mühərriki sayəsində avtomobilin daha cəld reaksiya verdiyini görə bilərsiniz. Əyləc pedalından ayağınızı çəkəndə, qaz pedalına basmağa ehtiyac olmadan maşın avtomatik olaraq yavaşca irəliləyir.

Gedərkən

Daha çox gücə ehtiyac yarandıqda benzinli mühərrik, elektrik mühərriklə birlikdə işləyərək performansı maksimum səviyəyə çatdırır. Avtomobil sabit sürətdə irəliləyərkən elektrik və benzin mühərriki ən optimum səviyədə yanacaq qənaətini təmin edəcək balansda işləyir.

Yavaşlayarkən

Hər yavaşlamada və ya əyləcə basarkən hibrid batareya doldurulur. Beləcə əyləc enerjisi boşa getmir, regenerativ əyləc ilə geri qaytarılır.

Dayanarkən

Dayandıqda həm benzin, həm də elektrik mühərriki dayanır. Bu da xüsusilə sıx tıxac zamanı yanacaq qənaətini təmin edir və egzoz istifadəsini azaldır.Toyota Hibrid öz-özünü doldurur və heç bir elektrik yuvasına ehtiyac olmur.

Toyota Hibrid texnologiyasında 3 əsas amil var

Atkinson TsiklikBenzin Mühərriki

Standard içdən yanan mühərriklərin ən təkmilləşmiş və səmərəli versiyasıdır. Atkinson tsiklik mühərriklər piston hərəkətlərini həyata keçirərkən kiçik həcmli bir mühərrik kimi daha az yanacaq istifadə edir; ancaq güc istehsal edərkən iri həcmli mühərriklər kimi işləyirlər.

Elektrik Mühərrik

Aşağı və orta dövrələrdə elektrik motorunun yüksək torku avtomobili tək hərəkət etdirir. Orta və yüksək dövrədə isə elektrik mühərriki benzin mühərrikinə kömək edərək güclü, yumuşaq bir sürətlənməni və mükəmməl yanacaq qənaətini təmin edir.

Böyük TutumluHibrid Akkumlyator

Bu akkumlyator, Toyota Hibrid Sisteminin böyük tutumlu enerji deposudur. Sistemin istehsal etdiyi elektrik hibrid akkumıyatorda depolanır. Akkumlyator, avtomobili hərəkət etdirmək üçün bu enerjini depoya göndərir. Akkumlyatoru hər hansı xarici bir güc qaynağına bağlamağa və ya dəyişdirməyə ehtiyac yoxdur.